Hidayət Əliyev

Əliyev Hidayət Cahangir oğlu 1998-ci ildə Bakı şəhərində anadan olub. 2008-2015-ci illərdə Bülbül adına orta ixtisas musiqi məktəbində solo oxuma-vokal və nəfəsli alət - oboe ixtisası üzrə oxuyub. Vokal ixtisası üzrə təhsilini Fərqlənmə ilə başa vurub.
2015-2019-cu illərdə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında təhsilini davam etdirib.
Orada aktyorluq sənətinin əsasları fənnindən Xalq artisti Şəfiqə Məmmədovanın, vokal üzrə isə Xalq artisti Natavan Şeyxovanın siniflərində dərs alıb və hər iki sənətkarın kursunu (100 balla) Fərqlənmə ilə bitirib.
Həm məktəbdə, həm də Akademiyada oxuduğu müddətdə çoxsaylı dövlət tədbirlərində, respublika müsabiqə və festivallarında çıxış edib, laureat adını qazanıb. 2011-ci ildə ölkəmizdə keçirilən müsabiqələrin birində 1-ci yerə layiq görüldükdən sonra, Türkiyədə 135 dövlətin istirakı ilə keçirilən incəsənət olimpiadasında çıxış edib və Asiya qitəsinin lll "Bronz" medalına layiq görülüb. Bakı Musiqi Akademiyasında oxuduğu müddətdə (3-cu kursda ikən) Mədəniyyət Nazirliyi və Bakı Musiqi Akademiyasının birgə layihəsi olan "Norma" (Vincenzo Bellini) operasında Flavio obrazını canlandırıb və uğurlu ifası ilə tamaşaçıların diqqətini cəlb edib.
2019-cu ildə Azərbaycan Dövlət Akademik Musiqili Teatrında rus bölməsində vokal artisti solist kimi çalışmağa başlayıb.
Teatrda debut rolu Viktor Huqonun "Paris Notr-Dam kilsəsinə ithaf" (rej. S.Qulamov) tamasasinda Qrequar obrazı olub. Daha sonra isə Rauf Hacıyevin musiqisi əsasında hazırlanan "Qafqazlı qardaşqızı" operettasında Arif obrazını canlandırıb. Çingiz Aytmatovun "Cəmilə" əsərində Seyit obrazını canlandırıb. Rauf Haciyevin "Talelər qovuşanda" operettasında Əli və "Bir dəfə Bağdadda" əsərində Bəhram rolunda çıxış edib