Valeriya İsgəndərova

Valeriya Ramizovna İsgəndərova 1974-cü il dekabrın 19-da Bakı şəhərində anadan olub.
1992-1997-ci illərdə N.Tusi adına APU-nin "Riyaziyyat və informatika” fakültəsində, 1999-2003-cü illərdə Ü.Hacıbəyov adına Bakı Musiqi Akademiyasında təhsil almışdır.
Əmək fəaliyyətinə 16 sentyabr 1991-ci ildə Bakı Xoreoqrafiya məktəbində başlayan Valeriya İsgəndərova hal-hazırda orada riyaziyyat və informatika müəllimi vəzifəsində işləyir.
2003-2016-cı illərdə Azərbaycan Dövlət Opera və Balet Teatrında əvəzçilik üzrə xor artisti vəzifəsində işləmişdir.
1997-ci ildə Rəşid Behbudov adına mahnı və rəqs teatrında keçirilən "Tatar mahnısı-97” müsabiqəsində 2-ci yerə layiq görülüb.
2005 və 2018-ci illərdə Rusiya Federasiyiasının ölkəmizdə fəaliyyət göstərən səfirliyində keçirilən "Rodnımi duşi” müsabiqəsində mükafata layiq görülüb.
2018-ci ilin sentyabr ayından Musiqili Teatrda çalışır. İşlədiyi qısa zaman ərzində "Bir dayan canavar” (R.Ağayeva və A.Xaytın) və "Yağış göbələyinin macərası” (R.Şəfəq və V.Zimin) tamaşalarında əsas rolların ifaçısı kimi çıxış edir.