Boris Qrafkin

Qrafkin Boris Fyodoroviç 15 avqust 1937-ci ildə Bakı şəhərində anadan olub. 1953-cü ildə A.Zeynallı adına Musiqi Məktəbini bitirib. 1961-ci ildə Azərbaycan Dövlət Musiqili Komediya Teatrına (indiki Azərbaycan Dövlət Akademik Musiqili Teatrı) artist-vokalist vəzifəsinə qəbul olunub.
İşlədiyi müddətdə bir çox tamaşalarda yaddaqalan obrazlar yaradıb.
Harun-ər Rəşid ("Odnajdı v Baqdade" - E.Sabitoğlu, V.Kalmanovski),
İmperator ("Tsıqan premyer” İ.Kalman),
Leopold ("Silva” İ.Kalman),
Estreqazi ("Maritsa” İ.Kalman),
Rossilion, Zetta, Nikoş ("Vesyolaya vdova” F.Leqar),
Linier ("Neistovıy Qaskonets” Q.Qarayev)
Napoleon ("Bayadera” İ.Kalman),
Kornelliy ("Xello Dolli”J.Qerman),
Şterçel ("Qalladoçka” İ.Kalman),
Soltan bəy ("Arşın mal alan” Ü.Hacıbəyli),
Jeront ("Skapenin kələkləri”J.B.Molyerin), Seyfulla("Mı takie” F.Qarayev, L.Vanşteyn),
Professor ("Moy milıy dikar” T. Hacıyev),
Meşəbəyi ("Qırmızı papaq” (E.Sabitoğlu, E.Şvarç),
Köstəbək ("Düyməcik” H.K. Anderson),
Rüstəmov (Qafqazlı qardaşqızı" R.Hacıyev)
Vadim ("18 yaş" Solovyov -Sedov)
Boris Qrafkin bir sıra tamaşalara da quruluş vermişdir. Onlar "Qırmızı papaq" (E.Sabitoğlu və E.Şvarç) "Prikluçeniya dojdeviçka”(R. Şəfəq, V.Zimin), ”Xoşbəxt ailə oyunu oynayırıq" və ya "Fransızsayağı qarnir” (M.Kamoletti, B.Qrafkin ikinci rejissor kimi), ”Skapenin kələyi” (J.B.Molyer, B.Qrafkin ikinci rejissor kimi) tamaşalarıdır.
Ömrünü Azərbaycan teatrına həsr edən qocaman sənətkar 2019-2020-ci illərdə Prezident mükafatçısı olub. 2017-ci ildə 80 illik yubileyi münasibəti ilə Mədəniyyət Nazirli tərəfindən "Fəxri mədəniyyət işçisi" döş nişanı ilə təltif edilib.
2000-ci ildə "Əməkdar artist" fəxri adına layiq görülüb. 2013-cü ildə isə "Tərəqqi medalı” ilə təltif olunub, bu il isə yenidən Prezident mükafatına layiq görülüb.