Fərid Rzayev
Fərid Murad oğlu Rzayev 22 noyabr 1980-ci ildə Xankəndində anadan olub. 1986-cı ildə Ağdam şəhər 3 saylı orta məktəbin birinci sinfinə daxil olub. 1993-cü ildə ailəsi ilə birlikdə İsmayıllı rayonunda məskunlaşıb və təhsilini orada davam etdirib. Həmçinin, Rayon Mədəniyyət Evinin "Gənc Hazır Cavablar Klubu”nda çıxış edib. 1985-ci ildən Qarabağ Bülbülləri ansamblının üzvü, bir neçə musiqi festivalının laureatıdır. 2007-ci ildən Azərbaycan Dövlət Musiqili Teatrında xor artisti və aktyor köməkçisi kimi çıxış edən Fərid Rzayev hal-hazırda repertuarda olan tamaşalarda aktyor kimi fəaliyyət göstərir. İşlədiyi dövrdə R.Şəfəq və Ə.Səmədlinin “Baş tutmayan hiylə” (Ayı), S.Kərimi və M.F.Axundzadənin “Kimyagər” (Səftər bəy), E.Sabitoğlu və C.Məmmədovun "www.ferzeli-kef.com” ( Masajist), E.Sabitoğlu və T.Vəliyevanın “Bankir adaxlı” (Cangüdən), E.Sabitoğlu və C.Məmmədovun "Qırmızı papaq” (Canavar), F.Əmirovun musiqiləri əsasında "999-cu gecə”(Cin, Qazı), R.Mirişli və M.Haqverdiyevin "Qısqanc ürəklər” (Ofisiant), Ü.Hacıbəylinin "Ər və arvad” (Masabəyi), O.Kazımi və R.Heydərin "Qızıl toy” (Şomen), A.Sadıqovun “Yatmış gözəl və cırtdanlar” (Cırtdan), O.Zülfüqarov və R.Heydərin “Dəcəl çəpişlər” (Canavar), Ə.Səmədlinin "Meşə çaqqalsız olmaz” (Ayı), İ.Sadıqovun (tərc. Dilsuz) “Molla Nəsrəddinin beş arvadı” (Oğru), A.Sadıqovun "Bremen musiqiçiləri və Pen” (İt), F.Allahverdi, Elçin "Baladadaşın toy hamamı” (Ələkbər), Ə.Hacıyevin "Qoğal” (Canavar), Ə.Səmədlinin “Toya bir gün qalmış” (Kuryer), Ə.Əmirlinin "Nuri didə Ceyhun” (I məxfi işçi), S.Məmmədovanın "Əsarətdən cəsarətə" (Fərid), V.Hüqo (səhn. S.Qulamov) “Paris Notr-Dama ithaf” (Hakim) tamaşalarında yaratdığı biri-birindən maraqlı obrazların öhdəsindən peşəkarlıqla gəlmişdir.