Nigar Qarayeva

Nigar Tofiq qızı Qarayeva 1983-cü ildə Ağdam rayonunda anadan olub. 2002-2006-cı illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Musiqili teatr aktyorluğu” fakültəsində təhsil alıb. O, 2008-ci ildə Azərbaycan Dövlət Akademik Musiqili Teatrında işə qəbul olunub.

Teatrda işlədiyi müddətdə - Mimans xor artisti (“Hərənin öz ulduzu” S.Ələsgərov, İ.Məlikzadə), Prodüser (“Şeytanın yubileyi” O.Rəcəbov, A.Babayev), Sərfinaz (“Amerikalı kürəkən” R.Mirişli, M.Haqverdiyev), Xidmətçi (“www.ferzeli-kef.com” E.Sabitoğlu, C.Məmmədov), Suğra (“Baladadaşın toy hamamı” F.Allahverdi, Elçin), Komsomol katibi (“Beş manatlıq gəlin” S.Rüstəmov, M.S.Ordubadi), Qırmızı papaq (“Qırmızı papaq” E.Sabitoğlu, Y.Şvarts), Kəblə Qubadın qızı (“Ər və arvad” Ü.Hacıbəyli), Mimans xor artisti (“Matəm marşı və ya gözünüz aydın” M.Məmmədov) Qırmızı papaq (“Qış bayramı” A.Soltan), Zəhra (“Bəxtiyar” T.Quliyev, B.Laskin və N.Rojkov) obrazlarını ifa etmişdir.