Gülnarə Əzizova

16 noyabr 1979-cu ildə Moskva şəhərində anadan olmuşdur. 2001-ci ildə Mədəniyyət və İncəsənət Universitetinin «Musiqili teatr aktyorluğu» fakultəsini bitirmişdir. 1 noyabr 2005-ci il tarixindən Azərbaycan Dövlət Musiqili Komediya Teatrında xor artisti vəzifəsində işləyir. Səs tembri metso-sopranodur. Teatrda işlədiyi müddət ərzində xor artisti kimi «O olmasın, bu olsun», «Bankir adaxlı», «Səhnədə məhəbbət», «Məhəbbət oyunu», «Qırmızı papaq», «Şən dul qadın», «Əlin cibində olsun», «Məsmə xala dayımdır», «Maritsa», «Talelər qovuşanda», «Volqalı canan», «Silva», «Bəydullanın möhtəşəm toyu», «Çılğın Qasqoniyalı», «Bir günlük siğə», «Aldın payını, çağır dayını», «Hərənin öz ulduzu», «Şeytanın yubileyi» kimi tamaşalarda iştirak etmişdir. Eyni zamanda aktrisa kimi O. Rəcəbov, A. Babayev "Seytanın yubileyi”də Ceyran, V. Orlov, "Qızıl cücə”də Bim, R. Şəfəq,V Zimin "Yağış göbələyinin məcarası”nda Tülkü bacı, M. Məmmədov "Matəm marşı və ya gözünüz aydın”da Çiçək, R. Mirişli, M. Haqverdiyev "Amerikalı kürəkən”də Nəzakət, E. Sabitoğlu, C. Məmmədov "www.ferzeli-kef.com”da təcürməçi və s kimi rolları oynamışdır.