Rəviyyə Əliyeva

Rəviyyə Elbrus qızı Əliyeva 15 iyul 1994-ci ildə Bakı şəhərində anadan olmuşdur. Bakı Xoreoqrafiya məktəbinin "Xalq rəqsləri” şöbəsini bitirmişdir. 1 mart 2012-ci il tarixindən Azərbaycan Dövlət Musiqili Teatrında balet artisti vəzifəsində işləyir. Teatrda işlədiyi müddət ərzində "Bankir adaxlı”, "Qırmızı papaq”, "Qızıl toy”, "Düyməcik”, "Ər və arvad”, "On min dollariq keyf”, "Fransizsayagi qarnir”, "Skapenin kələkləri”, "Bir dayan ay canavar”, "Yağış göbələyin macərası”, "Talelər qovuşanda” tamaşalarında çıxış edib.