Gültac Əlili

Əlili Gültac Müzəffər qızı 1 iyul 1987 ci ildə Gəncə şəhərində anadan olub. 2005-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Teatr aktyorluğu fakültəsinə daxil olmuş, 2009-cu ildə universiteti bitmişdir. 2007-ci ildən Azərbaycan Dövlət Musiqili Teatrında vokal artisti-solist vəzifəsində çalışır. İşlədiyi müddətdə “Şeytanın yubileyi” (O.Rəcəbov, A.Babayev) tamaşasında Xəyalə, “Qısqanc ürəklər”də (R.Mirişli, M.Haqverdiyev) Leyla, “Milyonçunun dilənçi oğlu” komediyasında (S.Ələsgərov, Ş.Qurbanov) Qonşu qız, “İddialı qaraçı”da (İ.Kalman) Zari, “Amerikalı kürəkən”də (R.Mirişli, M.Haqverdiyev) Reyhan, “Əlin cibində olsun”da (O.Rəcəbov, A.Babayev) Əsmər, “Kələkbazlar”da (S.Ələsgərov, İ.Məlikzadə) Çiçək, “O olmasın, bu olsun” musiqili komediyasında (Ü.Hacıbəyli) Gülnaz, “Kimdir müqəssir”də (Ə.Haqverdiyev) Bahar, “Baladadaşın toy hamamı”nda (F.Allahverdi, Elçin) Sevil, “Mən dəyərəm min cavana”da (F.Sücəddinov, T.Vəliyeva) Gülnaz, “Bankir adaxlı”da (F.Sücəddinov, T.Vəliyeva) Məleykə, “Qısqanc ürəklər”də (R.Mirişli, M.Haqverdiyev) Natella, “Qadınım”da (T.Cücənoğlu) Qadın, “999-cu gecə”də (F.Əmirov və 1001 gecə nağıllarının motivləri əsasında) Fatma, “Ər və arvad”da (Ü.Hacıbəyli) Minnət xanım, “Toya bir gün qalmış”da (Ə.Səmədli) Kiçik qız, “Psix”də (M.Servantes) Dulsineya kimi rolları ifa etmişdir.