Ayan Qurbanova
Qurbanova (Tohidi) Ayan Sənan qızı 17 may 1996-cı ildəBakı şəhərində anadan olub. 5 yaşından musiqi ilə maraqlanıb və Kövkəb Səfərəliyeva adına 16 saylı musiqi məktəbinin 7 illik fortepiano sinfini "Fərqlənmə" diplomu ilə bitirib. Uşaq yaşlarından "Bənövşə" uşaq xorunda solist kimi fəaliyyət göstərib və həmin dönəmlərdə bir sıra müsabiqələrin həm qalibi olmuş, eyni zamanda bir sıra mükafatlara layiq görülüb. Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının solo oxuma sinfini Xalq artisti, professor Xuraman xanım Qasımovanın sinfində bitirib magistratura pilləsini Azərbaycan Milli Konservatoriyasında Əməkdar artist Zenfira xanım İsmayılovanın sinfində davam etdirmişdir. Bu təhsilini də "Fərqlənmə" diplomu ilə bitirmişdir. Azərbaycan Dövlət Akademik Filarmoniyasında, Azərbaycanın Türkiyə səfirliyində və bir sıra konsert salonlarında ifaları ilə çıxış etmişdir. Ayan Tohidi mezzo-soprano səsə malikdir. Özü bəstələdiyi bir sıra mahnıların sözlərinin müəllifidir.
2020-ci ildən Azərbaycan Dövlət Akademik Musiqili teatrında aktrisa kimi fəaliyyət göstərir. O, bir sıra tamaşalarda Dovşan (“Qoğal” Ə.Hacıyev), Bikə (“Baladadaşın toy hamamı” F.Allahverdi, Elçin), Gözəl Yelena (“İki küpəgirən qarı” Ə.Əlizadə, R.Sef, T.Karelina), Müyəssər (“Sevənlərindir dünya” Ə.Pəhləvan), İbadın qızı (“Mən dəyərəm min cavana” F.Sücəddinov, T.Vəliyeva), Şüngülüm (“Dəcəl çəpişlər” O.Kazımi, R.Heydər), Qırmızı papaq (“Qırmızı papaq” E.Sabitoğlu, Y.Şvarts, tərc. C.Məmmədov), Elf (“Düyməcik” H.X.Anderson) obrazlarını ifa etmişdir.