Nəzrin İsmayılzadə

Nəzrin İsmayılzadə İlqar qızı 22 sentyabr 1998-ci ildə Bakı şəhərində anadan olub. 
2000-ci ildə  Akademik Rus Dram Teatrında çalışıb. 
Ulu öndər Heydər Əliyevə həsr olunmuş konsert proqramında Leyla xanım Əliyevanın uşaqlıq çağlarını özündə əks etdirən  obrazı canlandırıb.
2005-ci ildən 2016-ci ilədək Bakı şəhər, 9 saylı məktəbdə təhsil alıb. 
Nəzrin xanım nənəsi - Azərbaycan Respublikasının Xalq artisti Cəmilə Bayramovanın rəqs təlimlərini alıb. 2004-cü ildən 2016-ci ilədək Çinqiz Mustafayev adına Uşaq və Gənclər Yaradacılıq Mərkəzində "Dəcəl qızlar" ansamblının solisti olub. Müxtəlif ölkələrdə keçirilən  festivallarda iştrak edərək Azərbaycanı layiqincə təmsil edib.  Hazırda xoreoqraf kimi fəaliyyət göstərir.
2016-cı ildən 2020-ci ilədək Mədəniyyət və İncəsənət Universitetində "Musiqili teatr aktyorluğu" fakultəsini  bitirib. 
Universitetdə oxuyarkən "Fiqaronun Toyu" tamaşasının xoreografiyasının quruluşunu və musiqilərini bəstələyib və  mahnıların sözlərini yazıb.  Azərbaycan Dövlət Akademik Dram Teatrında rejissor Nicat Kazımovun qurduğu "Şəhrizad" tamaşasında Şəhrizad rolunu oynayıb. 
 Gənc Tamaşacılar Teatrda rejissor Vaqif Əsədovun qurduğu  "Oqtay Eloqlu" tamaşasının  musiqilərini bəstələyib,  "Julyet" "Zemfira" obrazlarında iştirak edib. 
Aqil Nağıyevin çəkidiyi "Arena" filmində baş rolda iştirak edib. Reklamlar roliklərinə, sosial çarxlara və müxtəlif məzmunlu kliplərdə çəkilib,  mahnılar bəstəliyib və özü ifa edib.    
2021- ci ildə Musiqili Teatrda "Bir nəfəs qədər "tamaşasında Qumru obrazını oynayıb.