Murad Əliyev

Murad Mehman oğlu Əliyev 1987-ci ildə Bakı şəhərində anadan olub.        2006-2010-cu illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Estrada aktyoru” ixtisası üzrə təhsil almışdır. 2011-2012-ci illərdə “Simsar Plastik Dram” teatr studiyasında çalışıb (Teatrrın bədii rəhbəri, Xalq Artisti Pərviz Məmmədrzayev). “Simsar Plastik Dram” teatr studiyasında “Şaşabulbul”, “Müdaxilə” və digər tamaşalarda müxtəlif obrazlar ifa edib. 2012-2015-ci illərdə Atv kanalında sənədli filmlər rejissoru olaraq çaılşıb. 2015-ci ildə Akademik Musiqili Teatrına xor artisti vəzifəsinə qəbul olunub. Bu müddət ərzində repertuarda olan “O olmasın, bu olsun”, “Arşın mal alan”, “Ər və arvad”, “999-cu gecə”, “Amerikalı kürəkən”, “Bakir adaxlı”, “Mən dəyərəm min cavana”, “Nuri-didə Cehyun”, “Bir dəfə Bağdadda”, “Qafqazlı qardaşqızı”, “Qısqanc ürəklər”, “Qızıl toy”, “Talelər qovuşanda”, “Toya bir gün qalmış” və s. tamaşalarda xor artisti kimi iştrak edib.

Murad Əliyev eyni zamanda bir çox tamaşalarda aktyor kimi də özünü doğrultduğu üçün 2021-ci ildən aktyor truppasına artist-vokalist vəzifəsinə keçirilib. O, tamaşalarda - Gənc zabit (“Bir nəfəs qədər”, S.Qulamov), Alməmməd (“Mən dəyərəm min cavana”, F.Sücəddinov, T.Vəliyeva), Pişik Bazilio (“Buratino” A.Rıbnikov, A.Tolstoy), Cırtdan (“Yatmış gözəl və cırtdanlar”, Ş.Pero, səhnələşdirən A.Sadıqov), Mustafa (“Cırtdanın Yeni il sərgüzəştləri”), Notarius (“Silva” İ.Kalman), Peyinsatan (“Baladadaşın toy hamamı” F.Allahverdi, Elçin), Bim, Bom (“Qızıl cücə” V.Ulanovski, V.Orlov), Ayı (“Qırmızı papaq” E.Sabitoğlu, Y.Şvarts), Qaraçı oğlan və quldur (“Paris Notr-Dama ithaf” V.Hüqo, səhnələşdirən S.Qulamov), Xoruz (“Bremen musiqiçiləri və Pen” A.Sadıqov)  obrazlarını ifa edib.