Əli Kərimov

Əli Sabir oğlu Kərimov 1991-ci il aprel ayının 29-da Bakı şəhərində doğulmuşdur. 2013-cü ildə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının solo-oxuma fakültəsini bitirmişdir. 2011-ci ildə Azərbaycan Dövlət Akademik Musiqili Teatrına xor artisti vəzifəsinə işə qəbul olmuşdur. O, xor artisti olaraq - “O olmasın, bu olsun”, “Arşın mal alan”, “Ər və arvad”, “999-cu gecə”, “Amerikalı kürəkən”, “Bakir adaxlı”, “Mən dəyərəm min cavana”, “Nuri-didə Cehyun”, “Bir dəfə Bağdadda”, “Qafqazlı qardaşqızı”, “Qısqanc ürəklər”, “Qızıl toy”, “Talelər qovuşanda”, “Toya bir gün qalmış” və s. tamaşalarında iştrak edib.

Əli Kərimov 2021-ci ildən teatrın aktyor truppasına keçirilib. O, tamaşalarda – Qaraçı oğlan və quldur (“Paris Notr-Dama ithaf” V.Hüqo, səhn. S.Qulamov), Həkim (“Bir dəfə Bağdadda” E.Sabitoğlu, V.Kolmanovski), Gülməmməd (“Mən dəyərəm min cavana”, F.Sücəddinov, T.Vəliyeva), Bom (“Qızıl cücə”, V.Ulanovski, V.Orlov), Murad (“Talelər qovuşanda”, R.Hacıyev), Cırtdan (“Yatmış gözəl və cırtdanlar”, Ş.Pero, səhn. A.Sadıqov), Fədai və Azər (“Bir nəfəs qədər”, S.Qulamov), Uzunqulaq (“Bremen musiqiçiləri və Pen” A.Sadıqov), Baladadaş və Əzizağa (“Baladadaşın toy hamamı”, F.Allahverdi, Elçin), Məngülüm (“Dəcəl çəpişlər” O.Zülfüqarov, R.Heydər), İbn Salamın döyüşçüləri (“Leyli və Məcnun” Ü.Hacıbəyli, M.Füzuli), Fyodr (“İki küpəgirən qarı” Ə.Əlizadə, R.Sef, T.Karelina), Həbib (“Bəxtiyar” T.Quliyev, B.Laskin, N.Rojkov), Cırtdan (“Sehrli nəğmə” P.Korotıç, tərc. A.İsmixanova), Qurban (“Anamın kitabı” C.Məmmədquluzadə) rollarını ifa etmişdir.