Şükufə Rüstəmova

Rüstəmova Şükufə Cantiq qızı 8 yanvar 1999-cu ildə Bakı şəhərində anadan olub. 2005—2017-ci illərdə Bakı Xoreoqrafiya Akademiyasının xalq şöbəsi bitirib. 2017—2021-ci ilərdə həmin akademiyanın bakalavr, 2021—2023-cü illərdə magistr pilləsini bitirib. 3 sentyabr 2019-cu il tarixindən Azərbaycan Dövlət Akademik Musiqili Teatrında balet artisti vəzifəsində çalışır. Bu müddət ərzində “Mən dəyərəm min cavana”, “Qızıl toy”, “Baladadaşın toy hamamı”, “Kimdir müqəssir”, “Bəxtiyar”, “Arşın mal alan”, “Toya bir gün qalmış”, “999-cu gecə”, “Silva”, “Fransızsayağı qarnir”, “Nəğməmə inan”, “Qorxma mən səninləyəm”, “Paris Notr-dama ithaf”, “Qafqazlı qardaşqızı”, “Qırmızı papaq”, “İki küpəgirən qarı”, “Qoğalın macərası”, “Buratino”, ”Dəcəl çəpişlər”, “Bremen musiqiçiləri və Pen”, “Leyli və Məcnun”, “Adamın adamı” və s. kimi tamaşalarda çıxış edib.