Anamın kitabı

Cəlil Məmmədquluzadə

 

ANAMIN KİTABI

(Bir hissəli ingilissayağı dram)

(Səhnələşdirmə İ.Gözəlovanın, tərcümə T.Rəsulovundur.)

 

Azərbaycanın dahi dramaturqu Cəlil Məmmədquluzadə bütün əsərlərində hər dövrə aid olan aktual mövzulara toxunub. Bu mövzular bugünkü günümüzlə səsləşir, bizi narahat edir və düşündürür. Böyük dramaturqun “Anamın kitabı” əsərində əsas mövzu üç qardaşın dil, din, düşüncə tərzlərinin fərqliliyi nəticəsində aralarında yaranan sürəkli mübahisə və münaqişələrdir. Əsərin baş qəhrəmanı olan Ana oğullarını öz milli-mənəvi dəyərlərinə sahib olmağa, ana dilinə yiyələnməyə və birliyə çağırır. Oğullar isə daha çox müasir dünyanın tələblərinə cavab verməyə can atır, nəticə etibarı ilə innovativ texnologiyalarla zəngin bir mühitin fonunda öz milli dəyərlərini itirmək təhlükəsi ilə üz-üzə qalırlar.

Beləliklə, ana övladları ilə mübarizəyə başlayır. Onun qəlbini dəlib-deşən dərd yükü isə səngimir, daha da alovlanır, sanki rəvayətlərdəki əcaib-qəraib bir əjdahaya çevrilir. Çox təəssüf ki, bu çətin mübarizədə əjdaha boyda dərd yükü ananı məğlub edir.

Təbii ki, müasir dövrümüzün tələblərinə uyğun yeni texnologiyaları, xarici dilləri mənimsəməyin faydaları çoxdur, lakin hər kəs öz doğma ana dilini, milli dəyərlərini, tarixini bilməlidir. Ana dilini bilmək özünüdərk və müqəddəs amaldır.

 

 

 

 

Quruluşçu rejissor və musiqi tərtibatı

İradə Gözəlova

Quruluşçu rəssam

Vüsal Rəhimov

Tamaşanın plastik həlli

Pərviz Məmmədrzayev (Xalq artisti), Zaur Əliyev

Video görüntü

Murad Həsənov

İngilis dili müəllimi

Nabat İslamzadə

Rejissor assistenti

Zaur Əliyev

 

Tamaşanın premyerası 15 və 16 oktyabr 2022-ci ildə oynanılmışdır.

 

 

 

 

Rollar və ifaçılar

Zəhrabəyim ana

Lalə Süleymanova (Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı), Türkan Şahmarlı (Bakı Uşaq və Gənclər Teatrı)

Rüstəm

Hüseyn Əlili (Azərbaycan Dövlət Akademik Musiqili Teatrı), Nicat Həbibov (Azərbaycan Dövlət Akademik Musiqili Teatrı)

Səməd

Səmədzadə Xasıyev (Azərbaycan Dövlət Akademik Musiqili Teatrı)

Məhəmmədəli

Zaur Əliyev (Azərbaycan Dövlət Akademik Musiqili Teatrı)

Gülbahar, Katibə

İranə Kərimova (Azərbaycan Dövlət Akademik Musiqili Teatrı), Aygün Fətullayeva (Azərbaycan Dövlət Gənc Tamaşaçılat Teatrı)

Qurban

Əli Kərimov (Azərbaycan Dövlət Akademik Musiqili Teatrı)

Tərcüməçi

Şamxal Nəsibbəyli (Azərbaycan Dövlət Akademik Musiqili Teatrı)

Zivər

Səmayə Qulamzadə (Əsa teatrı)

Müharibə əlili, Polis

Nurlan Süleymanlı (Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı)

Xadimə

Türkan Şahmarlı (Bakı Uşaq və Gənclər Teatrı), Lalə Süleymanova (Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı)