Emin Zeynallı

Emin Fərman oğlu Zeynallı 8 oktyabr 1992-cı ildə Bakıda anadan olub. 2002-2010-cu illərdə Bülbül adına orta ixtisas musiqi məktəbində oxuyub. 2013-2017-ci illərdə Azərbaycan Milli Konservatoriyasında ali təhsil alıb. 2017-2018-ci illərdə həmin ali təhsil müəssisəsində vokal ixtisasi üzrə magistr dərəcəsinə yüksəlib. Bu illər ərzində bir çox beynəlxalq və respublika müsabiqələrində laureat adını qazanıb, dövlət tədbirlərində yaxından iştirak edib.

2019-cu ildən Azərbaycan Dövlət Akademik Musiqili Teatrında artist-vokalist vəzifəsində çalışır. O teatrda – Əsgər (“Arşın mal alan” Ü.Hacıbəyli), Sərvər (“O olmasın, bu olsun” Ü.Hacıbəyli), Qrequar (“Paris Notr-Dama ithaf” V.Hüqo, səhn. S.Qulamov), Papa Karlo (“Buratino” A.Rıbnikov, A.Tolstoy), Meşəbəyi (“Qırmızı papaq” E.Sabitoğlu, Y.Şvarts), Bəxtiyar (“Bəxtiyar” T.Quliyev, B.Laskin, N.Rojkov), İbn Salam (“Leyli və Məcnun” Ü.Hacıbəyli, M.Füzuli), Şərəf (“Sevənlərindir dünya” Ə.Pəhləvan),  obrazlarının ifaçısıdır.

Emin Zeynallı II Qarabağ Müharibəsi günlərində hərbi vətənpərvərlik mövzularında çəkilən sosial çarxlarda iştirak edib.