Elçin İmanov

İmanov Elçin Bəhrəm oğlu 1971-ci il yanvarın 11-də Yardımlı rayonunun Tilə kəndində anada olub. 1988-ci ildə orta məktəbi bitirdikdən sonra təhsilini Azərbaycan Mədəniyyət İncəsənət Universitetində davam etdirib və Rus Dram Teatırında çalışmağa başlayıb. 1996-ci ildən isə Azərbaycan Dövlət Musiqili Teatrında aktyor kimi fəaliyyət göstərir. Burada işlədiyi müddətdə S.Ələsgərov və İ.Məlikzadənin "Hərənin öz ulduzu” (Əlibala), O.Kazımi və F.Məmmədovun "Dəli dünya” (Ər), E.Sabitoğlu və Y.Şvartsın Tərc C.Məmmədov "Qırmızı papaq” (Canavar), O.Rəcəbov və A.Babayevin ”Əlin cibində olsun” (Oğlan), İ.Kalmanın "Maritsa” (Penijik), R.Hacıyevin "Talelər qovuşanda” (Evlər müdiri), R.Şəfəq və Ə.Səmədlinin "Baş tutmayan hiylə” (Çaqqal), R.Mirişli və M.Haqverdiyev "Qısqanc ürəklər” (Telman), F.Sücəddinov və T.Vəliyevanın "Mən dəyərəm min cavana” (Gülməmməd), O.Zülfüqarov və R.Heydərin "Şəngülüm, Şüngülüm, Məngülüm” (Canavar), Arzu Soltanın "Qış nağılı” (Canavar), Ü.Hacıbəylinin "O olmasın, bu olsun” (Qaradavoy), E.Sabitoğlu, və C. Məmmədovun "www.fərzəli-kef.com” (Əmi oğlu), S.Fərəcov və Ə.Nesinin "Şəhərdə manyak var” (Rejissor), E.Şabitoğlu və T.Vəliyevanın "Bankir adaxlı” (Cangüdən), S.Kərimi və Ə.Olun "Kimyagər” (Səfər bəy), R.Hacıyevin "Qafqazlı qardaşqızı” (Hətəmov), F.Əmirovun musiqiləri əsasında "999-cu gecə” (Cin, Qazı), F.Allahverdi, və Elçinin "Baladadaşın toy hamamı” (Sürücü), Ə.Əmirlinin "Nuri-didə Ceyhun” (Üzeyir Hacıbəyli) və s. tamaşalarda yaddaqalan rollarda oynamışdır. Eyni zamanda "Həkimlər”, "Pərvanələrin rəqsi” və digər seriallarda çəkilmişdir.