Tamilla Aslanova

Tamilla Nadir qızı Aslanova 12 fevral 1975-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1991-ci ildə Bakı Yerli Sənaye Texnoloji Texnikumuna daxil olmuş, 1995-ci ildə uğurla bitirmişdir. 1998-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Rejissorluq fakültəsinin "Teatr kollektivinin rejissoru” ixtisasına daxil olmuşdur. 2003-cü ildə həmin universiteti bitirmişdir. 2009-ci ildə Azərbaycan Dövlət Musiqili Teatrına işə qəbul olunmuşdur. Burda "Qızıl cücə”, "Düyməcik”, "Skapenin kələkləri”, "Ər və arvad”, "Xanuma”, "Xoşbəxt ailə oynayırıq və ya fransızsayağı qarnir”, "Toya bir gün qalmış”, "Qızıl toy”, "Amerikalı kürəkən", "Meşə çaqqalsız olmaz", "Molla Nəsrəddinin beş arvadı", "Qafqazlı qardaşqızı", "Qırmızı papaq”, "Bir dəfə Bağdadda" tamaşalarında rejissor-assistenti kimi çalışmışdır.