Fidan Məmmədova

Babayeva Fidan 1 fevral 1994-cü il tarixində Bakı şəhərində anadan olub. 2011-ci ildə Mikayıl Müşviq adına 18 saylı orta məktəbi bitirib. 2012-ci ildən Bakı Musiqi Akademiyasının fortepiano şöbəsində təhsil alır. 2014-cü ildən Azərbaycan Dövlət Musiqili Teatrında vokal sinfi üzrə konsertmeyster vəzifəsində çalışır. "Ər və arvad”, "O olmasın bu olsun” (U.Hacıbəyli), "Mən dəyərəm min cavana” (F.Sücəddinov, T.Vəliyeva), "999-cu gecə” ("Min bir gecə” nağıllarının motivləri və F. Əmirovun musiqiləri əsasında) tamaşalarında iştirak edib.