Kamil Həsənov

Həsənov Kamil Sənan oğlu 1996-cı il avqustun 1-də İmişlidə anadan olub. 2002-ci ildə Rauf Hacıyev adına 15 saylı musiqi məktəbində Əməkdar mədəniyyət işçisi Tamilla Məmmədovanın sinfində dərs alıb. Dəfələrlə Respublika və Beynəlxalq müsabiqələr laureatı olub.2007-ci ildə Bakıda  və  Krımda keçirilən Beynəlxalq müsabiqələrin qalibi olub.
 2009-cu ildə Tbilisidə gənc pianoçuların Beynəlxalq müsabiqəsinin və Suriyanın paytaxtı Dəməşq şəhərində keçirilən "Solhi Əl-Wadi" adına gənc pianoçuların Beynəlxalq müsabiqəsinin laureatı olub.
 2010-cu ilin sentyabr ayında Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin Sərəncamı ilə adı Azərbaycan Respublikasının Gənc İstedadlarının Qızıl kitabına yazılıb və Prezidentin xüsusi təqaüdünə layiq görülüb. 2012-ci ildə Macarıstanın paytaxtı Budapeşt şəhərində keçirilən pianoçuların Beynəlxalq müsabiqəsində 1-ci yer tutaraq qalib olub. Bundan başqa, bir sıra Respublika və Beynəlxalq müsabiqələrin laureatı və qalibi olub.2013-2017-ci illərdə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Fortepiano fakültəsində oxuyub. 
2018-ci ildən Azərbaycan Dövlət Akademik Musiqili Teatrında konsertmeyster vəzifəsində çalışır.