Qabil Gözəlov

   Gözəlov Qabil Adil oğlu 1988-ci ilin 3 oktyabrında Bakı şəhəri Xəzər rayonu Şağan qəsəbəsində anadan olub. 1994-2005-cı illərdə Şağan qəsəbəsində yerləşən F.Gözəlov adına 124 saylı orta məktəbdə təhsil alıb. 1999-2004-cü illərdə 3 saylı Uşaq İncəsənət Məktəbində musiqi aləti üzrə ixtisasa (qarmon üzrə) yiyələnib. 2005-2009-cu illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində “Dram və kino aktyoru” fakültəsində bakalavr təhsili alıb. 2015-ci ildən Azərbaycan Dövlət Akademik Musiqili Teatrının Bədii quruluş üzrə hissə müdiri vəzifəsində çalışır.