Elxan İsmayılov

İsmayılov Elxan İsmayıl oğlu 24 iyul 1974-cü ildə Tovuz rayonunda anadan olmuşdur. 1993-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin «Dram teatrı və kino aktyoru» fakultəsinə daxil olmuşdur. 1997-ci ildə həmən fakultəni fərqlənmə diplomu ilə bitirmişdir. 1994-cü ildə Azərbaycan Dövlət Musiqili Komediya Teatrının balet truppasına işə qəbul olunmuşdur. 1994-1999-cu illərdə balet artisti kimi fəaliyyət göstərmişdir. Həmin illərdə «Pominalnaya molitva», «Filumeno Marturano», «Tsıqan premyer», «Semeynıy uikend», «Hicran», «Hərənin öz ulduzu», «Qızılgül», «İki küpəgirən qarı», «Nəğməli Könül», «Silva», «O olmasın, bu olsun», «Hələlik», «Qızıl toy», «Bir başqa gecə», «Bez jenşin jit nelzya na svete» tamaşalarında iştirak etmişdir. 1997-ci ildən aktyor ştatına keçirilmişdir. Teatrda işlədiyi müddət ərzində E. Sabitoğlu «Odnajdı v Baqdadae» tamaşasındad baş münəccim, S. Ələsgərov, İ. Məlikzadə «Hərənin öz ulduzu»da Nəzir, E. Sabitoğlu, X. Hasilova «Nəğməli Könül»də Mustafa, C. Quliyev, Q. Rəsulov «Məhəbbət oyunu»nda aşpaz, S. Fərəcov, Ə. Əmirli «Səhnədə məhəbbət»də ofisiant, R. Hacıyev «Talelər qovuşanda»da evlər müdiri, O. Rəcəbov, A. Babayev «Əlin cibində olsun»da Doktor Şəkərli, R. Mustafayev, C. Məmmədov «Məsmə xala dayımdır»da şair, O. Rəcəbov, A. Babayev «Şeytanın yubileyi»ndə Meyxanaçı, S. Ələsgərov, İ. Məlikzadə "Hərənin öz ulduzu”nda Nəzir, İ. Kalman «Tsıqan premyer»də İmperator, F. Leqar «Şən dul qadın»da Vikond Kaskada, R. Şəfəq, A. Şaiq «Bir saat xəlifəlik»də Məlik İbn Səid, İ. Kalman «Silva»da Notacis, Ü. Hacıbəyli «Arşın mal alan»da Vəli, "Ər və arvada”da Şəfi, N.V. Qoqol "Evlənmə”də Yaiçnitsa və s. kimi rollarda oynamışdır.