Məlahət Qasımova

Qasımova Məlahət Eldar qızı 1978-ci ildə Bakıda anadan olub. O, 1985-1995-ci illərdə Bakıda 13 saylı orta məktəbdə oxuyub.
1998-2002-ci illərdə Bakı Musiqi Akademiyasının "Tarix-nəzəriyyə" fakültəsinin "Xor dirijorluğu" şöbəsində bakalavr, 2002-2004-cü illərdə isə magistr təhsili alıb. 
2003-cü ildən Hüseynqulu Sarabski adına 7 saylı Uşaq Musiqi Məktəbinin müəllimidir. 
2007-ci ildən 2010-cu ilədək Azərbaycan Dövlət Akademik Musiqili Teatrında çalışıb, bir çox tamaşalarda iştirak edib. Uzun fasilədən sonra 2022-ci ildən yenidən teatra qayıdıb. 
M.Qasımova Musiqili Teatrın bir çox tamaşa və tədbirlərində fəal iştirak edir.