Ər-Toğrul Kamalov

Kamalov Toğrul Budaq oğlu 1 oktyabr 1990-cı ildə Laçın rayonu Qoşasu kəndində anadan olub. 
1996-cı ildə H.Qorçuyev adına Laçın rayon Səfiyan kənd orta məktəbinin (Abşeron rayonu Pirəkəşkül qəsəbəsi) birinci sinfinə daxil olub, 2007-ci ildə həmin məktəbi "Fərqlənmə" diplomu ilə başa vurub.
2008-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Dram, teatrı və kino aktyorluğu" fakültəsinə daxil olub, 2012-ci ilə həmin universitetin bakalavr pilləsini "Fərqlənmə" diplomu ilə bitirib.
 2010-2015-ci illərdə Yuğ Dövlət Teatrına dram artisti olaraq işə başlayıb. 
 Mədəniyyət Nazirliyinin göndərişi ilə 2015-2016-cı illərdə Dağıstan Respublikasında yerləşən Dərbənd Azərbaycan Dövlət Dram Teatrına baş rejissor vəzifəsinə təyin olunub. 
2016-2017-ci illərdə Yuğ Dövlət Teatrına dram aktyor kimi fəaliyyətini davam etdirib. 
2017-ci ildən bu günə qədər fərdi yaradıcılıqla məşğuldur, bir çox müxtəlif məzmunlu layihələrdə iştirak edir.
2020-ci ildən Akademik Musiqili Teatra quruluşçu rejissor olaraq çalışır.
Onun quruluşunda Musiqili Teatrda dünya şöhrətli ispan yazıçısı Migel de Servantesin “Don Kixot” romanının motivləri əsasında “Psix” tamaşasının səhnələşdirilib. Tamaşanın premyerası 29 aprel 2022-ci ildə olub.