İlahə Rüstəmova

Rüstəmova İlahə Tahir qızı 28 sentyabr 1994-cü ildə İsmayıllı rayonunun Xanəgah kəndində anadan olub. 2000-2011-ci illərdə həmin kəndin orta məktəbində oxuyub. 2015-ci ildə Bakı Humanitar Kollecini bitirib.2019-cu ildə keçirilən Muğam Televiziya Müsabiqəsinin və digər müsabiqələrin qalibi olub. Bir müddət Azərbaycan Televiziyasında solist kimi çalışıb. Hazırda Akademik Musiqili Teatrda fəaliyyətini davam etdirir. İ.Rüstəmova teatrda “Leyli və Məcnun” (Ü.Hacıbəyli, M.Füzuli) tamaşasında Leyli obrazını ifa edib.