Orxan Hüseynli

Orxan Hüsən oğlu Hüseynli 1993-cü ildə Füzuli rayonunda anadan olub. 2010-cu ildə “Bülbül” adına orta ixtisas musiqi məktəbini bitirib. 2011-ci ildə Asəf Zeynallı adına Musiqi Kollecinə qəbul olub. 2015-2019-cu illərdə Azərbaycan Milli Konservatoriyasında təhsil alıb.  
2020-ci ildə Bakı Xoreoqrafiya Akademiyasında Muğam Müəllimi vəsifəsində işləyib.
2021-ci ildən Azərbaycan Dövlət Akademik Musiqili Teatrında vokal artisti-solist kimi çalışır. 
2023-cü ildən Musiqili Teatrında  dahi bəstəkar Üzeyir Hacıbəylinin "Leyli və Məcnun" muğam operasının və böyük mütəfəkkir Məhəmməd Füzulinin "Leyli və Məcnun" poemasının motivləri əsasında rejissor Samir Qulamovun librettosu və quruluşunda hazırlanan eyniadlı  tamaşasında Məcnun obrazını canlandırır.