Svetlana Bulax

Bulax Svetlana Mixaylovna 28 may 1950-ci ildə Donetsk vilayətində anadan olub. 1969-cu ildə Kiyev Dövlət Musiqili Komediya Teatrının nəzdnində «Teatr kadrlarının hazırlanması» üzrə teatr studiyasına qəbul olunub və 1971-ci ildə «Operetta aktrisası» peşəsinə yiyələnərək oranı bitirb. 1971-1973-cü illərdə Şevçenko adına Kirovoroc Rus Dövlət Musiqili Dram Teatrında işləyərkən Imre Kalman «Koroleva Çardaşa»da Stasi, Imre Kalman «Maritsa»da Lizoçka, Aleksandr Kuzneov «Moskovkiye kanikulı»da Katya, İsak Dunayevski «Volnıy veter»də Pepitta, V. Dimityev «Noçnoy neznakomets»də Tanya, Eduardo Şevadzuçiy «Proşalnıy ujin»də Valentina, Nodar Dumbadze «Ne bespokoysa mama»da Mziya, Pyotr Çayakovski «Doktor Aybolit»də Çi-çi, L. Ustinov «Jivaya muzaka»da Dovşan və s. kimi rolları ifa edib. 1982-ci ildə ailə vəziyyəti ilə əlaqədar Bakı şəhərinə köçüb. 1983-cü ildə Azərbaycan Dövlət Musiqili Komediya Teatrına işə qəbul olunub. İşlədiyi müddət ərzində Fərəc Qarayev, Eduardo De Flippo «Filumena Marturano»da Diana, Qriqori Qriqorin «Pominalnaya molitva»da Qolda, Emin Sabitoğlu «Qırmızı papaq»da tülkü, Hans Kristian Anderson «Düyməcik»də qurbağa, Emin Sabitoğlu «Odnajdı v Baqdade»də Afət, Rauf Hacıyev «Perekrostok»da Dodo, İmre Kalman «Tsıqan premyer»də qrafinya İrini, İmre Kalman «Silva»da Yulianna, İmre Kalman «Maritsa»da Bojena, Frans Leqar «Vesyolaya vdova»da Miliça, İmre Kalman "Bayadera” Marietta İmre Kalman "Qalandoçka”da Elli, Jak Ofenbax "Şutki Jaka Ofenbaxa”da Madam Balandar, Oskar Felçman "Vse naçinaetsa s lyubvi”də Lena Ostapçuk, Fərəc Qarayev, Eduardo De Flippo "Filumeno Marturano”da Dianna, Mark Komaletti "İqraem v drujnuyu semyu ili qarnir po fransuzkiy”də Syuzetta, Üzeyir Hacıbəyli «Arşın mal alan»da Telli, Cahan xala, Vyaçeslav Ulanovski "Qızıl cücə”də tülkü, Əli Əlizadə «İki küpə girən qarı»da küpə girən qarı, Rəna Ağayeva «Nu volk poqodi»də Nif- nif, M. Kamoletti "Fransızsayağı qarnir”də Süzanna, J.B. Molyer «Skapenin kələkləri»ində Nerina və s. kimi rolları ifa edib. Bundan başqa uşaq tamaşalarında ikinci rejissorluq etmişdir. Bunlardan Vyaçeslav Ulanovski "Qızıl cücə”, Əli Əlizadə «İki küpə girən qarı», Rəna Ağayeva «Nu volk poqodi» tamaşalarının adını çəkmək olar. "Məhəllə Moskvada” filmində Rus qadını obrazını canlandırıb.