Elşad Qasımov

Qasımov Elşad Elşən oğlu 17 fevral 1996-cı ildə Ağdaş rayonu Aşağı Nemətabad kəndində anadan olub. O, 2002—2011-ci illərdə həmin  kəndin ümumi orta məktəbində, 2011— 2013-cü illərdə  isə Yevlax rayon Xaldan kəndində orta məktəb təhsilini başa vurub. 2008—2013-cü ildə Xaldan kənd 7 illik musiqi məktəbində, 2013—2017-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Musiqi sənəti" fakültəsinə oxuyub. 2017-2018-ci illərdə hərbi xidmət dövrün keçib. 2018-ci ildən Azərbaycan Dövlət Akademik Musiqili teatrında  xor artisti vəzifəsində çalışır.