Musiqili Teatrın kollektivi tanınmış aktrisanı təbrik etdi

Azərbaycan Dövlət Akademik Musiqili Teatrının bir qrup yaradıcı heyəti tanınmış aktrisa, Əməkdar artisti Emma Məlikova ilə görüşüb, onu 75 illik yubileyi münasibəti ilə kollektiv adından təbrik edib. Görüşdə sənətkara Teatr Xadimləri İttifaqının yubiley mükafatı da təqdim olunub.
Qeyd edək ki, Emma Məlikova 1978-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun (indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin) Musiqili komediya aktyorluğu fakültəsini bitirib.
Əmək fəaliyyətinə 1976-cı ildən Azərbaycan Dövlət Musiqili Komediya Teatrından (indiki Azərbaycan Dövlət Akademik Musiqili Teatrdan) başlayıb.
Teatrının inkişafındakı xidmətlərinə görə 2013-cü ildə Mədəniyyət Nazirliyinin "Fəxri mədəniyyət işçisi" döş nişanı ilə, 2014-cü ildə isə “Əməkdar artist” fəxri adı ilə təltif olunub.
Aktrisa Musiqili Teatrın səhnəsində "Ər və arvad", "O olmasın, bu olsun", "Hələlik", "Qızıl toy", "Hicran", "Qayınana", “Subaylarınızdan görəsiniz”, "Özümüz bilərik", “Şəhərdə manyak var” və digər tamaşalarda yaddaqalan obrazlar yaradıb.

Tarix: 30.01.2024