Musiqili Teatr "Heydər Əliyev İli"ni Ulu öndərə həsr olunmuş tamaşa ilə başa vurdu

Dekabrın 30-da Azərbaycan Dövlət Akademik Musiqili Teatrında böyüklər üçün sonuncu tamaşa nümayiş olunub.  

Ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan "Sən elə bir zirvəsən!" musiqili-tarixi essesində teatrın solistlərinin, həmçinin xor və balet heyətinin üzvlərinin çıxışları alqışlarla qarşılanıb. 
Xatırladaq ki, ilk dəfə Ümummilli liderin doğum günündə Musiqili Teatrın səhnəsində təqdim olunan tamaşa daha sonra Gəncə, Şəki, Mingəçevir və Lənkəranda da uğurla göstərilib. Teatr kollektivi gələn il bu tamaşa ilə digər bölgələrimizdə, eləcə də ölkəmizin hüdudlarından kənarda da çıxış edəcək.
Qeyd edək ki, tamaşanın bədii rəhbəri teatrın direktoru Əməkdar incəsənət xadimi, fəlsəfə doktoru Əliqismət Lalayev, ssenari müəllifi Əməkdar artist Mübariz Həmidov, quruluşçu rejissoru teatrın baş rejissoru Cavid İmamverdiyev, quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, xormeysteri Əməkdar artist Vaqif Məstanov, baletmeysteri Əməkdar artist Emin Əliyevdir.

Tarix: 30.12.2023