Akademik Musiqili Teatrda "Yeni il" şənliyi olacaq

29 dekabr 2023-cü il tarixindən - 03 yanvar 2024-cü il tarixinədək Azərbaycan Dövlət Akademik Musiqili Teatrında gündə dörd seans olmaqla (saat 10:30, 12:30, 14:30 və 16:30-da), maraqlı və macəra dolu "Yeni il" şənliyi  nümayiş olunacaq.
 Tamaşada Yeni il bayramının rəmzləri olan Şaxta baba, Qar qız və balacaların sevimli nağıl qəhrəmanları iştirak edəcəklər.
Biletləri şəhərin bütün teatr-konsert kassalarından, "ASAN Xidmət” mərkəzlərindən, eləcə də "İticket.az" saytından əldə etmək olar.

Kollektiv sifarişlər də qəbul olunur.

Tarix: 13.12.2023