Özbək teatrı Musiqili Teatrın səhnəsində - "ÖTƏN GÜNLƏR" və "QAYINANA"

Bakıda Özbəkistanın Mədəniyyət Günləri keçiriləcək.
Layihə çərçivəsində Daşkəndin Muqimi adına Özbəkistan Dövlət Musiqili Teatrı Azərbaycan Dövlət Akademik Musiqili Teatrının səhnəsində çıxış edəcək. Kollektiv avqustun 2-də saat 19:00-da "Ötən günlər" və avqustun 3-də saat 19:00-da "Qayınana" tamaşasını oynayacaq.
Qeyd edək ki, "Ötən Günlər" tamaşası özbək ədəbiyyatının görkəmli nümayəndələrindən biri olan Abdulla Qədrinin eyniadlı romanının motivləri əsasında hazırlanıb. Səhnə əsərinin bəstəkarı Sərvər Yusupov, rejissoru Bahodir Nazarovdur. 
 “Qayınana” (Məcid Şamxalov, Zakir Bağırov, Tofiq Quliyev) komediyasının isə rejissoru Daston Xakberdiyevdir.  

Hər iki tamaşanın dirijoru Akmal Turayev, rəssamı Cəlalədin Rahimovdur.

Xatırladaq ki, özbək teatrının ifasında "Qayınana" tamaşası Musiqili Teatrının səhnəsində ilk dəfə deyil. Ötən ilin dekabrında rejissor,  Əməkdar incəsənət xadimi Əsgər Əsgərovun  quruluşunda Özbəkistanın Kattakurqan Şəhər Dram Teatrının kollektivinin ifasında da nümayiş olunub.

Tarix: 30.07.2023