Musiqili Teatrda "Sevənlərindir dünya"nın premyerası anşlaqla keçdi

 Azərbaycan Dövlət Akademik Musiqili Teatrında iki gün ard-arda nümayiş olunan "Sevənlərindir dünya" (Əmir Pəhləvan) tamaşasının premyerası anşlaqla keçib.
Quruluşçu rejissoru Elməddin Dadaşov olan bu tamaşada azərbaycanlı (Şərif) və özbək (Müyəssər) – iki gəncin sevgi hekayəsindən bəhs olunur. 
Qeyd edək ki, səhnə əsərinin baletmeysteri Kamilə Əliyeva, səhnə tərtibatı və geyim üzrə quruluşçu rəssamı Sənan Fətullazadə, musiqi tərtibatçısı Məhəmməd Məmmədov, rejissor assistenti Tamilla Aslanovadır. 
İki gün ardıcıl təqdim olunan premyerada Əməkdar artistlər Nadir Xasiyev, İqrar Salamov, aktyorlar Emin Zeynallı, Nəzrin İsmayılzadə, Əliməmməd Novruzov, Telli Hüseynova, Rəsmiyyə Nurməmmədova, Ruslan Mürsəlov, Ofeliya Novruzqızı, Elçin İmanov, Hüseyn Əlili, Gülnarə Əzizova, Güldanə Əzimova, Nərmin Əliyeva, Mehriban Rəcəbova, Murad Əliyev, Cəbrayıl Cəbrayılov, həmçinin teatrın xor və balet truppasının üzvləri də iştirak ediblər.
Tamaşaçılar yaradıcı heyəti hərarətli alqışlarla qarşılayıb, onlara gül-çiçək dəstələri təqdim ediblər.

Tarix: 23.06.2023