Dahi Nizaminin böyük yubileyinə Musiqili Teatrın hədiyyəsi

Akademik Musiqili Teatr daha bir təqdimata hazırlaşır. 

Dahi Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş xoreoqrafik kompozisiya dekabrın 1-də saat 19:00-da teatrın kiçik səhnəsində nümayiş olunacaq.  
Video-çarx formatında hazırlanan layihənin ideya müəllifi və bədii rəhbəri Əməkdar incəsənət xadimi,  sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev, quruluşçu rejissoru Cavid İmamverdiyev, quruluşçu baletmeysteri Xalq artisti Təranə Muradova, operatorları  Kamal Məmmədov, Murad Həsənov və montajçısı Fuad Təhməzovdur. 
 Layihənin xoreoqrafı, teatrın quruluşçu baletmeysteri, Əməkdar artist Emin Əliyev eyni zamanda dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin obrazını yaradıb. SSRİ Xalq artisi Müslüm Maqomayevin ifasında Uzeyir Hacibəylinin “Sənsiz” romansının sədaları altında qurulan kompozisiyada 
teatrın aktyorları və balet  truppasının üzvləri də iştirak edirlər.

Tarix: 29.11.2021